Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə dəyirmi masa keçirilib
09 fevral 2024-cü il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı çərçivəsində “Naxçıvan muxtariyyətinin yaranması tarixi nailiyyətdir” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan mərkəzin bələdçisi Kərimova Mahirə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 1924-cü il 9 fevral tarixində yaranması, respublikanın çox mürəkkəb tarixi inkişaf yolu keçməsi barədə məlumat vermişdir. Çıxışlarda Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına tarixi səfərləri qeyd edilmiş, muxtar respublikada son illərdə görülən işlərin, həyata keçirilən quruculuq tədbirlərinin Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin məntiqi nəticəsi olduğu vurğulanmışdır. Sonda Naxçıvan Muxtar Respublikasının tarixi ilə bağlı videoçarx nümayiş etdirilib.