Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Nazir: Azərbaycanın göstərdiyi ardıcıl səylər regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb

07 oktyabr 2025 | 09:55

Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişi son dərəcə vacibdir. Bu sözləri Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir qeyd edib ki, formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik rxitekturasında TDT-nin gücü birliyin rəmzi kimi daha mühüm rol oynamaq potensialına malikdir. “Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər, məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb”, - deyə o əlavə edib.

Keçidlər