Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Nic qəsəbəsində növbəti səyyar qəbul keçirilib

01 fevral 2024 | 17:54

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu Nic qəsəbə sakinləri ilə keçirilib. Rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatları rəhbərlərinin və qəsəbə sakinlərinin iştirak etdikləri səyyar qəbulda çıxış edən RİH-nin başçısı bu cür görüşlərin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq təşkil olunduğunu bildirib. O, dövlət başçısının bütün bölgələrə, o cümlədən Qəbələyə göstərdiyi diqqət və qayğıdan danışıb, rayonda həyata keçirilməsi nəzərdə tutulan layihələrdən bəhs edib. Rayon icra hakimiyyətinin başçısı çıxışında digər yaşayış məntəqələri kimi, tolerantlığın nümunəvi modeli olan Nic qəsəbəsində də işıq, su, qaz, rabitə, yol və digər sosial problemlərin həll olunduğunu vurğulayıb. Qəbul zamanı qəsəbə sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapmış, bəzi məsələlərin həlli isə nəzarətə götürülmüşdür. Nic qəsəbəsinin sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər