Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Nic qəsəbəsində səyyar qəbul keçirilmişdir

15 yanvar 2025 | 14:16

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu Nic qəsəbə sakinləri ilə keçirilib. Rayon hüquq mühafizə orqanının, xidmət təşkilatları rəhbərlərinin və qəsəbə sakinlərinin iştirak etdikləri səyyar qəbulda çıxış edən RİH-nin başçısı bu cür görüşlərin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq təşkil olunduğunu bildirib. O, çıxışında digər yaşayış məntəqələri kimi, tolerantlığın nümunəvi modeli olan Nic qəsəbəsində də işıq, su, qaz, rabitə, yol və digər sosial problemlərin həll olunduğunu vurğulayıb. Qəbul zamanı qəsəbə sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapmış, bəzi məsələlərin həlli isə nəzarətə götürülmüşdür. Görüşdə çıxış edən qəsəbəsinin sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər