Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Marian de Yonq Qəbələ rayonuna səfər etmişdir
24 noyabr 2026-cı il tarixdə Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Marian de Yonq və müşavir Şəhla Balakişiyeva Qəbələ rayonuna səfəri çərçivəsində rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə görüşmüşdür. Görüş zamanı RİH başçısı tərəfindən rayonun iqtisadi göstəriciləri, sosial və mədəni həyatı, rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri, eləcə də rayonda keçirilən beynəlxalq tədbirlər barədə ətraflı məlumat verilmişdir. Qarşılıqlı səmimiyyət mühitində keçən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri dinlənilmiş, qarşılıqlı əlaqələrin inkişaf imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmış Niderland Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən Qəbələdə keçirilmiş görüşün ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsinə böyük töhvə verəcəyi bildirmiş və səmimi qarşılandığına görə minnətdarlığını bildirmişdir. Daha sonra səfir Marian de Yonq “Azrose MCC” ilə tanış olmuşdur.













