Növbəti səyyar qəbbul Yengicə kəndində keçirilmişdir
23 yanvar 2025 | 16:43
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu Yengicə kəndində keçirilmişdir. Xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı kənd sakinlərini qəbul edərək onların müraciətlərini dinləmişdir. Kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, bir qisminin isə həlli nəzarətə götürülmüşdür. Çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.