Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Növbəti səyyar qəbul Çuxur Qəbələ kəndində keçirilmişdir

09 mart 2023 | 15:59

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Çuxur Qəbələ kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi  qəbulda RİH-nin başçısı ölkəmizdə qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə rayonumuzda aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Sonra qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər