Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Növbəti səyyar qəbul Dizaxlı kəndində keçirilmişdir

25 sentyabr 2024 | 18:44

Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev Dizaxlı kəndində səyyar qəbul keçirmiş, kənd sakinlərini qəbul edərək onların müraciətlərini dinləmişdir. Tədbirdə icra başçısı Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda bölgələrə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, bir qisminin isə həlli nəzarətə götürülmüşdür. Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək ölkə rəhbərliyinə öz  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər