Növbəti səyyar qəbul rayonun Böyük Pirəli kəndində keçirilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev 14 aprel 2023-cü il tarixdə rayonun Böyük Pirəli kəndində keçirdiyi səyyar qəbuldan öncə Böyük Pirəli kəndindən olan 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət etmiş, üzərinə gül dəstələri düzərək, xatirələrini ehtiramla yad etmişdir. Hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən qəbul zamanı rayon icra hakimiyyətinin başçısı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda bölgələrə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı söz açmışdır. Sonra kənd sakinləri dinlənilmişdir. Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerində həll edilmiş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Böyük Pirəli kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.