Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Növbəti səyyar qəbul rayonun Bum qəsəbəsində keçirilmişdir

22 iyul 2026 | 18:31

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Bum qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilmişdir. Xidmət sahələrinin rəhbərləri və qəsəbə ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə RİH başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Qəbul zamanı qəsəbə sakinləri fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Qəsəbə sakinləri ərazidə olan sosial problemlərin həllinə göstərilən qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər