Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Növbəti səyyar qəbul rayonun Bunud kəndində keçirilmişdir

14 sentyabr 2022 | 18:22

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin əhali ilə növbəti səyyar qəbulu Bunud kəndində keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və digər xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi qəbulda öncə sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində törətdiyi genişmiqyaslı təxribatına cavab olaraq ordumuz tərəfindən həyata keçirilən cavab savaşında, eləcə də torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhadətə yüksələn bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra rayon icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosialyönümlü islahatlar, iqtisadi sahədə əldə olunan uğurlar barədə məlumat vermişdir. Ölkədə gedən geniş quruculuq işlərinin əyani nümunəsini Qəbələnin, o cümlədən Bunud kəndinin timsalında görməyin mümkün olduğunu vurğulamışdır. Sonra qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər