Növbəti səyyar qəbul rayonun İmamlı kəndində keçirilmişdir.
01 sentyabr 2022-ci il tarixində Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayevin İmamlı kənd sakinləri ilə səyyar qəbulu keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinlərinin iştirak etdiyi qəbul zamanı çıxış edən rayon icra hakimiyyətinin başçısı son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar və layihələr haqqında ətraflı məlumat vermiş, bu gün Azərbaycanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş abadlıq, quruculuq işləri aparılmasının dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu qeyd etmişdir. Sonra qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Qəbulda iştirak edən vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.