Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Növbəti səyyar qəbul rayonun Məmmədağalı, Seyidqışlaq, Həzrə və Bunud kəndlərindən olan sakinlərlə keçirilib

11 noyabr 2026 | 17:51

Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu Bunud kəndində Məmmədağalı, Seyidqışlaq, Həzrə və Bunud kəndlərinin sakinləri ilə keçirilmiş, kənd sakinlərini qəbul olunaraq onların müraciətləri dinlənilmişdir. Tədbirdə icra başçısı Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bölgələrə göstərdiyi xüsusi diqqət və qayğıdan danışmış, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir. Qəbul zamanı kəndlərin sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, bir qisminin isə həlli nəzarətə götürülmüşdür. Görüşdə çıxış edən kəndlərin sakinləri  görülmüş işlərə, aparılan islahatlara görə ölkə rəhbərliyinə öz  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər