Növbəti səyyar qəbul rayonun Mıxlıqovaq kəndində keçirilmişdir
Qəbələ Rayon İcra Hakimyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu Mıxlıqovaq kəndində keçirilmişdir. Görüşdə icra başçısı Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda bölgələrə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Sonra qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş, qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Mıxlıqovaq kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.













