Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Növbəti səyyar qəbul rayonun Şamlı, Ovcullu, Quşlar və Bəyli kəndlərindən olan sakinlərlə keçirilib

18 noyabr 2026 | 17:16

Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu Hacıalılı kəndində Şamlı, Ovcullu, Quşlar və Bəyli kəndlərinin sakinləri ilə keçirilmişdir. Tədbirdə icra başçısı Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bölgələrə göstərdiyi xüsusi diqqət və qayğıdan danışmış, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir. Qəbul zamanı kəndlərin sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, bir qisminin isə həlli nəzarətə götürülmüşdür. Görüşdə çıxış edən kəndlərin sakinləri  görülmüş işlərə, aparılan islahatlara görə ölkə rəhbərliyinə öz  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər