Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Növbəti səyyar qəbul rayonun Soltannuxa kəndində keçirilmişdir

15 iyul 2022 | 18:29

Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev Soltannuxa kəndində səyyar qəbul keçirmiş, kənd sakinlərini qəbul edərək onların müraciətlərini dinləmişdir. Hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda bölgəyə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin həll edilməsi istiqamətində RİH başçısı tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyyələr verilmişdir. Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər