Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Növbəti səyyar qəbul rayonun Tövlə kəndində keçirilmişdir

29 sentyabr 2022 | 16:51

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin əhali ilə növbəti səyyar qəbulu Tövlə kəndində keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və digər xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi qəbulda rayon icra hakimiyyətinin başçısı çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosialyönümlü islahatlar, iqtisadi sahədə əldə olunan uğurlar barədə məlumat vermişdir. Ölkədə gedən geniş quruculuq işlərinin əyani nümunəsini Qəbələnin timsalında görməyin mümkün olduğunu vurğulamışdır. Sonra qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər