Növbəti səyyar qəbul rayonun Uludaş kəndində keçirilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu Uludaş kənd sakinləri ilə keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etdiyi tədbirdə çıxış edən RİH başçısı son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar və layihələr haqqında ətraflı məlumat vermiş, bu gün Azərbaycanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş abadlıq, quruculuq işləri aparılmasının dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu qeyd etmişdir.Qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapmış, bəzi məsələlərin həlli isə nəzarətə götürülmüşdür. Uludaş kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.