Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Növbəti səyyar qəbul rayonun Vəndam qəsəbəsində keçirilib

06 mart 2024 | 17:29

6 mart 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Vəndam qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib. Rayon icra hakimiyyətinin məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin və qəsəbə ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi qəbulda Rayon icra hakimiyyətinin başçısı respublikamızın bu günkü uğurlu inkişafından danışmış, ölkəmizdə, o cümlədən Qəbələ rayonunda geniş tikinti-abadlıq işləri aparıldığını, həyata keçirilən tədbirlərin əhalinin sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət etdiyini vurğulamış, son illər Vəndam qəsəbəsində aparılan geniş quruculuq işlərinin nəticəsində, sosial problemlərin aradan qaldırıldığını qeyd etmişdir. Sonra qəsəbə sakinləri dinlənilmişdir. RİH başçısı əhali tərəfindən qaldırılan məsələlərin araşdırılaraq tədbir görülməsi üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Sakinlər Qəbələ rayonunda, eləcə də Vəndam qəsəbəsində görülmüş abadlıq-quruculuq işlərinə, əhaliyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər