Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Növbəti səyyar qəbul rayonun Yeni Dizaxlı kəndində keçirilmişdir

22 iyun 2023 | 12:21

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu Yeni Dizaxlı kənd sakinləri ilə keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi qəbulda RİH başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalinin sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Kənd sakinləri mövcud problemlərdən danışmış, təkliflərini irəli sürmüş, görülmüş işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi həll edilmiş, bir qisminin həlli nəzarətə götürülmüşdür.

Keçidlər