Növbəti səyyar qəbul Tikanlı kəndində keçirilmişdir
Qəbələ RİH başçısı Səbuhi Abdullayevin əhali ilə növbəti səyyar qəbulu Tikanlı kəndində keçirilmişdir. Rayon icra hakimiyyətinin məsul işçilərinin, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Görüşdə çıxış edən kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.













