Növbəti səyyar qəbul Topbağ kəndində keçirilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin daha bir səyyar qəbulu Topbağ kənd sakinləri ilə keçirilib. RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri və ağsaqqalların iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bölgələrə göstərdiyi xüsusi diqqət və qayğıdan danışmış, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. Sonra kənd sakinləri dinlənilmişdir. Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerində həll edilmiş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Kənd sakinləri əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə, aqrar sahəyə göstərilən dövlət qayğısına, yaşayış məntəqəsinin dayanıqlı rabitə, fasiləsiz elektrik enerjisi, içməli su ilə təchiz olunmasına və digər sahələrdə görülən işlərə görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.