Növbəti səyyar qəbul Yemişanlı kəndində keçirilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Yemişanlı kəndində səyyar qəbulu keçirilmişdir. Hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi qəbulu giriş sözü ilə açan RİH başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Qəbələ rayonunda həyata keçirilən sosial infrastruktur layihələrindən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışmış, Yemişanlı kəndində xeyli abadlıq və quruculuq işlərinin görüldüyünü, digər yaşayış məntəqələri kimi Yemişanlı kəndinin də dayanıqlı rabitə, fasiləsiz işıqla təchiz edildiyini və mavi yanacaqla təmin olunmaq üçün qaz xətlərinin çəkilişi işlərinin davam etdiyini diqqətə çatdırılmışdır. Sonra qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.