Novruz bayramı münasibətilə torpaq uğrunda canından keçmiş şəhidlərin ailələri və müharibə əlilləri evlərində ziyarət edilmişdir
17 mart 2025-ci il tarixdə Qəbələ rayon icra hakimiyyətinin, idarə və müəssisələrin nümayəndələri tərəfindən torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksəlmiş şəhidlərin ailələri və müharibə əlilləri (ümumulikdə 99 ailə) Novruz bayramı münasibətilə evlərində ziyarət edilmişdir. Ziyarətçilər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu, şəhid ailələrinin və müharibə əlillərinin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını qeyd edərək, bayram münasibətilə onları təbrik etmiş və onlara bayram sovqatı çatdırmışlar. Şəhidlərin ailə üzvləri və müharibə əlilləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.