Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"Novruz - Milli birlik bayramı" adlı tədbir keçirilib

14 mart 2025 | 17:17

Qəbələ Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə "Novruz - Milli birlik bayramı" adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixindən bəhs edərək, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsinin tarixi köklərə qayıdışın parlaq nümunəsi olduğunu diqqətə çatdırmışlar. Sonda tətbiqi incəsənətin bədii tikmə növünə aid əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş, şagirdlərin ifasında Novruza, yazın gəlişinə həsr olunan mahnılar səsləndirilmiş, milli rəqslər təqdim olunmuş və videoçarx nümayiş olunmuşdur.

Keçidlər