Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

On ayda Qəbələdə 16,4 milyon manatlıq sənaye məhsulu ixrac olunub

27 noyabr 2025 | 11:00

Cari ilin yanvar-oktyabr aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 119 milyon 58,9 min manatlıq sənaye xarakterli məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 852,7 min manat çoxdur. İstehsal edilən sənaye məhsulunun 12,3 faizi dövlət, 87,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. On ayda rayondan 16 milyon 403,7 min manatlıq sənaye məhsulu ixrac olunub. Rayonun sənayesi əsasən mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir.

Keçidlər