Özbəkistanda MDB-nin gənclər paytaxtı estafetinin Azərbaycanın Qəbələ şəhərinə təhvil verilməsi ilə bağlı təntənəli mərasim keçirilib
27 dekabr 2024 | 13:54
23-25 dekabr tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində “Daşkənd - MDB-nin Gənclər Paytaxtı-2024” beynəlxalq layihəsinin təntənəli bağlanış mərasimi keçirilib. Layihə çərçivəsində Azərbaycan Respubliksının Qəbələ şəhəri 2025-ci il üçün MDB-nin Gənclər Paytaxtı seçildiyinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə beynəlxalq layihənin estafeti Qəbələ şəhərinə təqdim edilib.
Əziz qəbələlilər, Sizi Qəbələ şəhərinin 2025-ci il üçün MDB-nin Gənclər Paytaxtı seçilməsi münasibəti ilə təbrik edirik.