“Özünüdərketmə, emosional zəka və özgüvənin inkişafı” mövzusunda təlim keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsi tərəfindən gənclərin şəxsi inkişafının dəstəklənməsi, emosional zəka və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Özünüdərketmə, emosional zəka və özgüvənin inkişafı” mövzusunda təlim keçirilmişdir. "Qəbələ Psixoloji Yaşam Mərkəzi"nin direktoru, Psixoloq Hüseyn Kərimov tərəfindən keçirilən təlim zamanı iştirakçılara özünütanıma, emosional zəkanın gündəlik həyat və sosial münasibətlərdə rolu, özgüvənin formalaşdırılması və effektiv ünsiyyət bacarıqları barədə ətraflı məlumat verilib. İnteraktiv formada təşkil olunan təlim çərçivəsində iştirakçılarla praktiki müzakirələr aparılıb, fərdi inkişaf və şəxsi potensialın düzgün istiqamətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Təlimin keçirilməsində məqsəd gənclərdə özünüinkişaf bacarıqlarının artırılması, sosial və psixoloji inkişafına dəstək göstərilməsidir.













