Peşə Təhsil Mərkəzində "Məzun Günü" tədbiri keçirilmişdir.
30 iyun 2026 | 16:54
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2025–2026-cı tədris ilinin başa çatması ilə əlaqədar "Məzun Günü" keçirilib. Tədbirdə çıxış edən Mərkəzin direktoru Qalib Nəbiyev peşə təhsilinin əhəmiyyətindən danışmış, məzunları təbrik edərək onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulamışdır. Digər çıxış edənlər təhsil müəssisəsi ilə işəgötürənlər arasında əməkdaşlığın rolundan bəhs etmiş, məzunlara xoş arzularını çatdırmışlar. Sonda tədrisdə, istehsalat təlimində və nizam-intizamında fərqlənən məzunlara fəxri fərmanlar təqdim edilmiş və tədbir bədii proqramla davam etmişdir.













