Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Peşə təhsilinin təbliği ilə əlaqədar infoturların keçirilməsinə başlanılmışdır

01 avqust 2023 | 17:26

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Peşə təhsilinin təbliği klubu” - regionlarda peşə təhsili müəssisələrinə ekskursiyaların təşkili layihəsi çərçivəsində 01 avqust 2023-cü il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Anar Məhərrəmov layihənin məqsədi, vəzifələri, peşə təhsilinin məşğulluğun təmin olunması və iqtisadiyyatın inkişafındakı rolu, gənclər təşkilatlarının diqqətinin peşə təhsilinin təbliğinə cəlb edilməsinin vacibliyi, regionda peşə təhsilinin təbliği üzrə sistematik maarifləndirmə işinin aparılmasının zəruriliyi və tədbirin proqramı haqda ətraflı məlumat vermişdir. Çıxış edənlər peşə təhsilinin fəaliyyət istiqamətləri, peşə seçimi və karyera, düzgün peşə seçiminin əhəmiyyəti, peşə təhsilinin prespektivləri barədə danışmış, peşə təhsilində təhsil pillələri, peşə təhsil müəssisələrində təhsil müddəti və s. haqqında geniş məlumat vermişlər. Sonda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil edilmişdir. İştirakçılar emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi, Təhsil Mərkəzinin maddi-texniki bazası ilə yaxından tanış olmuş, ustad dərslərində iştirak etmişlər. Layihə çərçivəsində 10 avqust 2023-cü il tarixinədək davam edəcək tədbirlərdə rayonun 8 ümumtəhsil məktəbindən 300-dən çox şagirdin iştirakı təşkil ediləcəkdir.

 

Keçidlər