“QabalaFest” çərçivəsində panel müzakirə keçirilib.
02 avqust 2026 | 11:21
“QabalaFest” çərçivəsində təşkil olunan “Mədəniyyətlərin Qovşağı” Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində panel müzakirə keçirilib. Paneldə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və sərginin kuratoru Rut Millinqton çıxış ediblər. Natiqlər müasir incəsənət, beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası dialoqun əhəmiyyəti barədə fikirlərini bölüşərək, incəsənətin xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafına böyük töhvələr verdiyini vurğulayıblar. Tədbir auditoriya tərəfindən maraqla qarşılanıb və fikir mübadiləsi şəraitində davam edib. Panel müzakirə “QabalaFest”-in zəngin proqramına daxil olan mühüm tədbirlərdən biri olub.













