"Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi" adlı tədbir keçirilib.
13 fevral 2026 | 12:01
12 fevral 2026- cı il tarixdə Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyi və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə "Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi" adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə qadınların rolunun artırılmasına xüsusi əhəmiyyət verdiyini qeyd etmiş, müasir dövrdə Azərbaycan qadınının dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildiyini, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılmasına dəyərli töhfələr verdiyini vurğulamışlar. Sonda mövzu ilə bağlı video material nümayiş olunmuşdur.













