Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qadınların cəmiyyətdə fəal iştirakının təşviqi” mövzusunda dəyirmi masa keçirilib

05 mart 2024 | 16:11

4 mart 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 8 mart –Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadınların cəmiyyətdə fəal iştirakının təşviqi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə dövlət müəssisələrində çalışan qadınlarla yanaşı, sahibkar qadınlar, qeyri-hökümət təşkilatlarının nümayəndələri,  eləcə də Uşaq Səfirlər Məclisinin nümayəndələri, sağlamlıq imkanları məhdud qadınlar və uşaqlar iştirak etmişdir. Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Günel Ağayeva tədbiri giriş sözü ilə açaraq bayram münasibətilə qadınları təbrik etmiş və qadınların cəmiyyətdə üzləşdikləri problemlərin həlli istiqamətində görüləcək işlərdən, onların ictimai-siyasi həyatdaki rolundan bəhs etmişdir. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova ölkəmizdə dövlət - qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin Heydər Əliyevin adı ilə bağlı olması və bu siyasətin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakından danışmışdır. Digər çıxış edənlər ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların fəal iştirak etdiyini, ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var qüvvələrini sərf etdiklərini vurğulamışlar. Sonda Azərbaycan qadınlarının fəaliyyətini əks etdirən video-çarx nümayiş olunmuşdur.

Keçidlər