Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"Qanla yazılan tarix - 20 Yanvar" adlı tədbir keçirilib

19 yanvar 2026 | 14:10

20 Yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədar Qəbələ rayon Heydər Əliyev Mərkəzi, Qəbələ UADM və MKS-nin şəhər 2 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə "20 Yanvar faciəsi Azərbaycana qarşı bəşəri cinayətdir" adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxışlarda 1990-cı ilin 20 Yanvar faciəsinin Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunduğu vurğulanmış, xalq üçün, millət üçün canlarını fəda edən qəhrəman oğul və qızlarımızın xatirəsinin daim uca tutulduğu diqqətə çatdırılmışdır. Sonda 20 Yanvar faciəsinə həsr olunan kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilmiş və videoçarx nümayiş olunmuşdur.

Keçidlər