Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qanunsuz torpaq zəbtinin qarşısı alınmışdır

28 mart 2024 | 19:17

Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Şimal – Qərb Regional Mərkəzinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində mütəmadi olaraq özbaşına tikililərin  və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə monitorinqlər aparılır. 28 mart 2024-cü il tarixdə keçirilən növbəti monitorinq zamanı Qəbələ rayonunun Laza kəndi ərazisində ayrı-ayrı şəxslər tərəfindən zəbt edilərək çəpərlənmiş 1.5 hektar Laza bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində söküntü işləri aparılaraq ərazi boşaldılmışdır. Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, mülkiyyətində olmayan torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir.

Keçidlər