Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qarayev Məhəmməd Mahir oğlunun şəhid olmasının ildönümü qeyd olunub

13 may 2024 | 15:31

13 may 2024 cü il tarixində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Qəbələ şəhər sakini, sərhəd qoşunlarının hərbi qulluqçusu şəhid Qarayev Məhəmməd Mahir oğlunun şəhidlik zirvəzinə ucalmasının ildönümü ilə əlaqədar şəhidin məzarı ziyarət edilmiş, üzərinə gül dəstələri düzülərək, xatirəsi anılmış, ruhuna dualar oxunmuşdur. Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər