Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti kamera konserti

03 avqust 2023 | 12:30

İyulun 27-dən başlanan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının sonuncu günü - avqustun 2-də axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə növbəti kamera konserti təqdim olunub. Kamera musiqisi axşamında tamaşaçılar Xalq artistləri Ülviyyə Hacıbəyova (piano), Gülnaz İsmayılova (soprano), respublika və beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə (piano), Ümidə Abasova (skripka) və Prezident təqaüdçüsü Vurğun Vəkilovun (piano) ifasında Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini dinləyiblər. Konsertdə Fərhad Bədəlbəylinin, Niyazinin, Qara Qarayevin, Sevda Məmmədlinin, Sergey Raxmaninovun, Emin Sabitoğlunun, Fikrət Əmirovun, Vasif Adıgözəlovun əsərləri səsləndirilib.

 

Keçidlər