Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Beynəlxalq Musiqi Festivalında Sergey Raxmaninovun əsərləri səsləndirilib

29 iyul 2023 | 13:10

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 28-də axşam açıq səhnədə musiqisevərlərə növbəti konsert proqramı təqdim olunub. Öncə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək deyib: “Qəbələ Beynəlxalq Musiqi Festivalının çox gözəl bir ənənəsi var - illərindən asılı olaraq, musiqi mədəniyyətinə böyük töhfələr verən bəstəkarların, ifaçıların yubileylərini qeyd etmək, onların əsərlərini səsləndirməklə bir daha o dahilərin önündə baş əymək və onları anmaq. 2023-cü il həm də Sergey Raxmaninovun anadan olmasının 150 illiyi ilə əlamətdardır. Raxhmaninovun musiqisinin paklığı, mərhəməti hər zaman tamaşaçının diqqətini özünə çəkir. Şərqlə bağlı olan yaddaşından irəli gələn bağlantıları ilə Raxmaninov musiqisinə bəşəri səs, harmoniya gəlir. Məhz bu bəşəri bağlantını daha gözəl surətdə festival iştirakçılarına çatdırmaq üçün bu gün Raxmaninov musiqisini digər bir dahinin – Vilyam Şekspirin sonetləri ilə birləşdirib diqqətinizə çatdırırıq”. Konsertdə əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, respublika və beynəlxalq müsabiqələr laureatı pianoçu Əli Məmmədovun ifasında Sergey Raxmaninovun əsərləri səsləndirilib.

Keçidlər