Qəbələ Dəmiryol Vağzalında “Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyi” münasibətilə tibbi aksiya keçirilmişdir
Qəbələ Dəmiryol Vağzalında “Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyi” münasibətilə ADY Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Dəmiryol Səyyar Klinika tərəfindən tibbi aksiya keçirilmişdir. Tibbi aksiyanın keçirilməsində əsas məqsəd müraciət edən vətəndaşlara uyğun olan ərazidə müayinə-müalicə etmək, səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarətdir. Aksiyadakı müayinələr zamanı müraciət edən vətəndaşlar müayinə edilərək, müalicə proseduru müəyyən edilmiş və tibbi tövsiyələr verilmişdir. Tibbi aksiyada iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.