Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “Məzun Günü” keçirib

01 iyul 2025 | 12:15

30 iyun 2025-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Məzun Günü” keçirilmişdir. Tədbirdə öncə dövlət himni səsləndirilmiş, şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Qalib Nəbiyev mərkəzin uğurlarından danışaraq, məzunlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulamış, RİH başçısının müavini Ətayə Osmanova Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, bu gün isə ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən peşə təhsilinə göstərilən dövlət qayğısından danışmış, məzunları bu əlamətdar gün münasibətilə təbrik etmişdir.  Çıxış edən Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması, işəgötürənlərin peşə təhsilinə inteqrasiyası və ölkə iqtisadiyyatı üçün rəqabət qabiliyyətli ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd edərək, təhsil müəssisəsini uğurla başa vuran tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Sonda tədris müddətində fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrə təşəkkürnamələr təqdim edilmiş və tədbir tələbələrin musiqili çıxışları ilə davam etdirilmişdir.

Keçidlər