Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “15 Sentyabr Bilik Günü” ilə əlaqədar tədbir keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “15 Sentyabr Bilik Günü” ilə əlaqədar tədbir keçirilib.Tədbir dövlət himnimizin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək, mərkəzin son illər ərzində qazandığı uğurları, geniş beynəlxalq əlaqələri, məzunların yüksək bilik nümayiş etdirərək məşgulluq səviyyələrinin artmasını xüsusi vurğulamış, yeni qəbul olmuş tələbələri tələbə adı qazandıqları üçün təbrik etmiş və onlara uğurlar arzulamışdır. Tədbirdə çıxış edən valideyn və tələbələr dövlət tərəfindən onlar və övladları üçün yaradılmış şəraitə görə ölkə rəhbərliyinə xüsusi minnətdarlıqlarını bildirmişdirlər.