Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “15 Sentyabr Bilik Günü” münasibətilə tədbir keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “15 Sentyabr Bilik Günü” münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlamış, Ulu Öndərin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev mərkəzin son illər ərzində qazandığı uğurları, geniş beynəlxalq əlaqələri, məzunların yüksək bilik nümayiş etdirərək məşgulluq səviyyələrinin artmasını xüsusi vurğulamış, yeni qəbul olmuş tələbələri tələbə adı qazandıqları üçün təbrik etmiş və onlara uğurlar arzulamışdır. Tədbirdə çıxış edən valideyn və tələbələr dövlət tərəfindən onlar və övladları üçün yaradılmış şəraitə görə ölkə rəhbərliyinə xüsusi minnətdarlıqlarını bildirmişdirlər.