Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, “20 Yanvar- Ümumxalq Hüzn Günü” nə həsr olunmuş tədbir keçirilib

19 yanvar 2024 | 16:51

19 yanvar 2024-cü il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “20 Yanvar- Ümumxalq Hüzn Günü” nə həsr olunmuş tədbirdə öncə Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu öndər Heydər Əliyevin və azadlıq uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələrin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiklərini bildirmiş, igid oğullarımızın şəhidlik zirvəsinə yüksələrək, xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdirdiklərini qeyd etmişlər. Tədbirin gedişində 20 Yanvar faciəsini özündə əks etdirən video-çarxlar izlənilmiş, tələbələrin ifasında şeir kompozisiyaları səsləndirilmişdir. Gün ərzində tarixi  günə  həsr  olunmuş xüsusi  dərslər  keçirilmişdir.

Keçidlər