Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

25 sentyabr 2026 | 12:16

Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə bağlı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman oğullarımızın Vətən müharibəsində göstərdikləri şücaətdən, həmçinin şəhid analarının övladlarının Vətənə olan sevgisindən və keçdikləri şərəfli döyüş yolundan bəhs etmiş, onların əziz xatirəsinin hər zaman uca tutulmasının vacibliyini vurğulamışlar. Daha sonra Mərkəzin tələbələri tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib. Sonda şəhidlərimizin həyat və dövlətçilik tarix-salnaməsini əks etdirən video-slayd nümayiş olunmuşdur. Anım Günü ilə əlaqədar Mərkəzin kollektivi və tələbələri Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarları önünə gül dəstələri düzmüş, onların əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

Keçidlər