Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 27 sentyabr - “Anım Günü” ilə bağlı tədbir keçirilmişdir
26 sentyabr 2024 | 17:36
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 27 sentyabr - “Anım günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə öncə Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər Vətən Müharibəsinin ölkəmizin parlaq qələbəsi ilə başa çatmasının və ordumuzun Zəfər uğrunda mübarizəsinin Azərbaycan üçün əvəzediməz hadisə olduğunu vurğulamış, şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açaraq bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd etmişdir və onların yaxınlarına dərin minnətdarlığını bildirmişlər.