Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü ilə əlaqədar tədbir keçirilib

21 avqust 2026 | 17:43

21 avqust 2026-cı il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində gənclərin peşə təhsilinə marağının artırılması, mərkəzin fəaliyyəti və yaradılmış imkanların ictimaiyyətə təqdim olunması məqsədilə “Açıq Qapı” günü təşkil edilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Təhsil Tələbə Krediti Fondunun, Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun, özəl sektor nümayəndələrinin,  o cümlədən 2026/27-ci tədris ili üzrə tələbə qəbulunun I mərhələsində uğur qazanan şəxslər, valideynlər, uğurlu məzunlar, media, habelə tərəfdaş müəssisə və təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasında peşə təhsilinin rolundan və gənclərin düzgün peşə yönümünün əhəmiyyətindən bəhs edərək, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə təhsilinin perspektivləri və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış yüksək şərait haqqında danışmışlar. Qonaqlar tədris prosesi və tələbələr üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, ustad dərslərini, tələbə və məzunların əl işlərindən ibarət sərgiləri izləmişlər. Sonda mərkəzin fəaliyyətində və tədris prosesində xüsusi xidmətləri ilə seçilən inzibati və mühəndis-pedaqoji heyətin üzvlərinə fəxri fərmanlar təqdim edilmiş, həmçinin iştirakçılara Təhsil Tələbə Krediti imkanları və yeni tədris ili üzrə qəbul qaydaları haqqında ətraflı məlumat verilmişdir.

 

Keçidlər