Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilib

16 may 2024 | 11:44

15 may 2024-cü il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Açıq Qapı " günündə Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun nümayəndələri, eləcə də Qəbələ və ətraf rayonların ümumtəhsil məktəblərinin şagirdləri (IX - XI siniflər), müəllimlər, valideyinlər, uğurlu məzunlar, mərkəzin əməkdaşlıq etdiyi müəssisələrin nümayəndələri iştirak ediblər. Tədbirdə iştirakçılara peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə təhsilinin perspektivləri və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış yüksək şərait haqqında ətraflı məlumat verilmiş, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

 

Keçidlər