Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı və Karyera" günü keçirilib
02.06.2023-cü il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Açıq Qapı və Karyera" günündə Qəbələ Rayon İcra Hakimiyyətinin, YAP Qəbələ rayon təşkilatının, rayon təhsil sektorunun nümayəndələri, eləcə də Qəbələ və ətraf rayonların ümumtəhsil məktəblərinin şagirdləri (IX - XI siniflər), müəllimlər, valideyinlər, uğurlu məzunlar, mərkəzin əməkdaşlıq etdiyi müəssisələrin əməkdaşları iştirak ediblər. Tədbirdə Qəbələ rayonu üzrə (15 müəssisə tərəfindən) 150-dən artıq vakansiya çıxarılıb. Tədbirdə iştirakçılara peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə təhsilinin perspektivləri və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış yüksək şərait haqqında ətraflı məlumat verilib. Sonda mərkəzin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.