Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aqrar sahə ilə bağlı görüş keçirilmişdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Agro Dairy” MMC ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, aqrar sahədə təqaüd proqramı və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə görüş keçirilib. Tədbirdə “Agro Dairy” MMC-nin Mərkəzi İnsan Resurslarının rəhbəri və digər əməkdaşları çıxış ediblər. Çıxış zamanı şirkətin fəaliyyət istiqamətləri, aqrar sahənin inkişafı və peşə təhsili ilə istehsal sektoru arasında əməkdaşlığın əhəmiyyəti barədə məlumat verilib. Görüş zamanı tərəflər arasında qarşılıqlı əməkdaşlıq istiqamətləri, birgə layihə və təşəbbüslərin həyata keçirilməsi, tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi və məzunların əmək bazarına inteqrasiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.













