Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Arı xəstəlikləri" mövzusunda təlim keçirilib
01 fevral 2025 | 09:01
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Peşəkar Arıçılar Birliyinin birgə təşkilatçılığı ilə "Arıçı" ixtisasının tələbələri və region arıçı sahibkarları üçün "Arı xəstəlikləri" mövzusunda təlim keçirilib. Təlimdə arı xəstəlikləri və zərərvericilər, arı ailələrinin qış ehtiyyatlarına hazırlığı, Tropilaelaps gənəsi, onun zərərləri və müalicəsi üçün tədbirlər haqqında ətraflı məlumat verilib.